Tramp sülhməramlı imicini gücləndirməyə çalışır

07.10.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

"ABŞ prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin həlli səyləri ilə sülhməramlı imicini gücləndirməyə çalışır". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RIAC) proqram meneceri İvan Boçarov deyib.

"Dünya siyasətinin mərkəzində olan Fələstin-İsrail məsələsinin həlli ABŞ və onun administrasiyasının imicini gücləndirə bilər", - o bildirib.

Boçarov  qeyd edib ki, Amerika liderinin Fələstin-İsrail münaqişəsi ilə bağlı əvvəllər təklif etdiyi “Əsrin müqaviləsi” fələstinlilərlə müzakirə olunmayıb və onlar tərəfindən rədd edilib.

Bundan əvvəl Tramp İsrail və Fələstin arasında tezliklə atəşkəs elan edib . Onun sözlərinə görə, İsrail rəhbərliyi Qəzza zolağındakı qoşunları orijinal xəttinə çəkməyə razılaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью