Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır. O bu barədə Ağ Evdə çıxışı zamanı məlumat verib.
Bildirib ki, layihə "Stargate" adlanır. Rəsmi açıqlamaya adıçəkilən şirkətlərin müvafiq rəhbərləri Masayoşi Son, Larri Ellison və Sem Altman
"Bu möhtəşəm təşəbbüs ABŞ-nin potensialına inamın açıq-aşkar ifadəsidir", - prezident deyib.
Masayoşi Son diqqətə çatdırıb ki, "Softbank" layihəyə əvvəlcə 100 milyard, növbəti 4 il ərzində isə 500 milyard dollaradək investisiya ayırmağı öhdəsinə götürüb.
Layihə qabaqcıl texnologiya şirkətlərinin Sİ-nin fəaliyyəti və inkişafı naminə maddi ehtiyacların ödənilməsi, lazımi elektrik enerjisinin qarşılanması məqsədilə cidd-cəhdlə çalışdığı bir vaxtda baş verir.
"Stargate" Sİ-nin gələcəyi üçün həm fiziki, həm də virtual infrastrukturun, habelə nəhəng məlumat mərkəzlərinin tikintisini nəzərdə tutur", - Tramp vurğulayıb.
Layihə üzrə "OpenAI"nin açıqlamasında isə bildirilir ki, "Stargate" təkcə ABŞ-nin yenidən sənayeləşməsini dəstəkləməyəcək, eyni zamanda, onun və müttəfiqlərinin milli təhlükəsizliyini qorumaq üçün strateji imkan hazırlayacaq.
Firudin Həmidli AzVision.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.