Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Suriyanı “ələ keçirdiyinə” görə tərifləyib və onu "ağıllı insan" adlandırıb.
Bizim.Media xəbər verir ki, bu fikri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında səsləndirib.
Tramp jurnalistlərin Amerika qoşunlarının Suriyada qalıb-qalmayacağı sualına cavab verməkdən yayınıb və Türkiyənin Suriyadakı hərəkətlərinə diqqət çəkib.
Onun sözlərinə görə, Ərdoğan Ankaranın Suriyaya “2000 illik” tarixi marağını nəzərə alaraq strateji mövqe tutur.
"Türklər, demək olar ki, Suriyanı ələ keçiriblər. Onlar bu torpaqların arxasınca 2,000 il idi ki, gedirdilər".
Bizim.Media