Tramp: “Suriya bizim dostumuz deyil” KONKRET

07.12.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“ABŞ Suriyaya müdaxilə etməməlidir”.

KONKRET.az  xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Suriyada vəziyyət qarışıqdır. Amma Suriya bizim dostumuz deyil. Bu, bizim savaşımız deyil. Biz bu vəziyyətin öz-özünə həllinə imkan verməliyik”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, müxalifət Suriya Prezidenti Bəşər Əsədi devirmək üçün ciddi addımlar atmağa hazırlaşır:

“Onlar artıq Dəməşqə yaxınlaşırlar. Bu, Bəşər Əsəd rejiminə qarşı atılmış ciddi addımdır”.

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью