Tramp Suriya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb

13.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 13 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, o, bu barədə Səudiyyə Ərəbistanında açıqlama verib və yeni prezident Əhməd əl-Şaara ilə görüşəcəyini təsdiqləyib. Tramp Səudiyyə Ərəbistanındakı çıxışında deyib: “Mən Suriyaya yeni şans vermək üçün onlara qarşı sanksiyaların dayandırılmasını əmr edəcəyəm. Hamımız ümid etməliyik ki, bu qədər səfalət və ölüm görmüş Suriyada yeni formalaşmış hökumət ölkədə sabitliyi və sülhü qoruyub saxlayacaq. Ona görə də Suriyaya uğurlar arzulayıram”.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью