Tramp Suriyada baş verəcəklərin açarının Türkiyənin əlində olduğunu bildirib

16.12.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mən əsgərlərimizin Suriyada ölməsini istəmirəm. Suriyada baş verəcəklərə Türkiyə istiqamət verəcək. Suriyada çox qeyri-müəyyənlik var. Burada baş verəcəklərin açarı Türkiyənin əlindədir.

APA-nın İstanbul müxbirinin yerli mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ-nin seçilmiş prezidenti Donald Tramp deyib.

O, Ərdoğanla yaxşı anlaşdığını əlavə edərək, Türkiyə Prezidentinin güclü lider olduğunu və ölkənin güclü orduya sahib olduğunu da vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью