Tramp Suriyada əsgər saxlamaq istəməyəcək: Türkiyə ilə... ŞOK İDDİA

26.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın Dəməşqdəki sabiq səfiri Robert Ford Ərbildə yerləşən “Rudaw” kanalına açıqlama verib.

Publika.az xəbər verir ki, sabiq səfir Suriya ilə bağlı məsələlərə toxunub.

O, Donald Trampın Suriyanın şərqində Türkiyə ilə PKK/YPG terror təşkilatı arasında razılaşma istəyəcəyini iddia edib:

“Düşünmürəm ki, Tramp 2 min ABŞ əsgərini daha 4 il Suriyada saxlamaq istəyəcək, lakin onları geri çəkməyə də tələsməyəcək”.

Ford təşkilatın Qəndil dağından olan heyətinin Suriyanın şimalında PKK/YPG-nin işğal etdiyi bölgədə çox güclü rola malik olduğunu da qeyd edib: "Suriyadakı kürd əhalidən danışdığım insanlar Qəndilin orada çox güclü rola sahib olduğunu deyirlər”.

Roza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью