Tramp suriyalı qaçqınların müvəqqəti statusunu ləğv edib

20.09.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Ştatlarda suriyalı qaçqınlara verilən Müvəqqəti Qorunma Statusu (TPS) ləğv edilib. Bundan sonra Amerikada yaşayış hüququ olmayan suriyalı miqrantlar 60 gün ərzində ölkə hüdudlarını tərk etməyəcəkləri təqdirdə həbs və ya deportasiya ilə üzləşəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, yeni qərara əsasən, 2012-ci ildən bəri sözügedən hüquqi statusa malik olan 6 mindən çox suriyalının TPS-dən məhrum ediləcəyi bildirilir.

“Suriyadakı hazırkı vəziyyət daha həmin ölkənin vətəndaşlarının vətənlərinə qayıtmasına heç bir əngəl yaratmır”, - Daxili Təhlükəsizlik Nazirliyinin rəsmisi Trişa Maklaflin qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью