Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Malayziya və digər Asiya ölkələri Tailand və Kamboca arasında atəşkəs razılaşmasına riayət olunmasına nəzarət etmək üçün müşahidəçilər göndərəcəklər".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti zamanı bildirib.
Tramp, həmçinin razılaşma çərçivəsində 18 kambocalı hərbi əsirin azad olunacağını qeyd edib.
Sammit çərçivəsində Kamboca və Tailand hökumət rəhbərləri birgə bəyannamə imzalayıblar.