Icma.az bildirir, Reyting.az portalına istinadən.
Birləşmiş Ştatların seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gələndən sonra tanınmamış Somaliland Respublikasını dövlət kimi tanıya bilər.
Reyting.az xəbər verir ki, bu barədə “İndependent” Böyük Britaniyanın keçmiş müdafiə naziri Gavin Vilyamsona istinadla yazıb.
Deyilir ki, Donald Tramp keçmiş Britaniya protektoratını müstəqil dövlət kimi tanımağa hazırdır.
Tramp, çox güman ki, yanvarda səlahiyyətlərinin icrasına başlayandan sonra bu məsələni qaldıracaq.
E. KAMAL