Tramp: Tariflər olmadan ABŞ ın yaşamaq şansı olmayacaq

03.06.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkə idxala tez bir zamanda gömrük rüsumları tətbiq edə bilməsə, ABŞ-ın iqtisadi sağ qalma şansı olmayacaq.

Bizimyol.info xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.

“Əgər başqa ölkələr bizə qarşı tariflərdən istifadə edə bilsələr və biz tariflərlə cəld və çevik cavab verə bilməsək, ölkəmizin iqtisadi sağ qalma şansı cüzi belə olmayacaq”,- deyə Prezident qeyd edib.

Mayın 28-də ABŞ-ın Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsi Amerika liderinin idxal tariflərinin tətbiqi ilə bağlı qərarının icrasına mane olub və bunu prezident səlahiyyətlərindən sui-istifadə etməklə əsaslandırıb.

Məhkəmə təkcə Trampın aprelin 2-də elan etdiyi 185 ölkə və ərazidən gələn məhsullara cavab tariflərini bloklayıb, həm də daha əvvəl Kanada, Çin və Meksikadan idxala tariflər tətbiq edib.

Eyni zamanda, məhkəmənin qərarı avtomobillərin və onların ehtiyat hissələrinin, polad və alüminiumun tədarükü tariflərinə şamil edilməyib.

Mayın 29-da ABŞ-ın Apellyasiya Məhkəməsi gömrük rüsumlarının bloklanmasına dair qərarı dayandırıb. Ağ Evin mətbuat katibi Karoline Leavitt brifinqdə qeyd edib ki, ABŞ administrasiyası bu işi ölkənin Ali Məhkəməsinə vermək niyyətindədir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью