Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal

20.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi tarixi üçtərəfli sammiti yüksək qiymətləndirib.

Sherg.az xəbər verir ki, Tramp “NBC News”a açıqlamasında görüşlərə 10 üzərindən 12 bal verdiyini bildirib.

“Düşünürəm ki, 12 idi. Sıfırdan 10-a qədər olan şkalada 12 deyərdim. Möhtəşəm keçdi. Gözəl münasibətlər quruldu”, - deyə Tramp bildirib.

Tramp həmçinin Si Cinpinlə süni intellekt və “super intellekt” məsələsini müzakirə etdiklərini söyləyib. Onun sözlərinə görə, tərəflər bu sahədə müəyyən təhlükəsizlik tədbirlərinin olmasının müsbət olduğunu düşünür.

Qeyd edək ki, Tramp üçtərəfli görüşdən əvvəl Putin və Si Cinpinlə ayrı-ayrılıqda görüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью