Tramp: “Tehrana pulu bu şərtlə verəcəyik”

23.06.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İran ayrılacaq puldan bizdən ərzaq almaq üçün istifadə etməlidir. Çünki hazırda onların xalqı çox acdır və onlar bunu yalnız bizdən alacaqlar. Qarğıdalı, soya...”, - o bildiirb.

Hörmüz boğazındakı vəziyyətə toxunan D.Tramp söyləyib ki, işlər qaydasında gedir: “Dünən oradan əvvəlkindən daha çox neft tankerləri keçib. Neft fışqırır, boğaz tamamilə açıqdır”.

İranın nüvə proqramı məsələsinə gəldikdə, Birləşmiş Ştatlar lideri bildirib ki, bununla bağlı danışıqlar gedir. “Bütün bunların necə olacağını görəcəyik, amma İran heç vaxt, heç vaxt nüvə silahına sahib olmayacaq”, - o qeyd edib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью