Tramp Tehranı hədələdi: “İran cavab verərsə...”

22.06.2025

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İranın ABŞ-a qarşı hər hansı cavab tədbiri bu axşam nümayiş etdiriləndən daha güclü olacaq”  

ABŞ Prezidenti Donald Tramp Tehrana xəbərdarlıq edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ lideri “Truth Social” şəbəkə hesabında qeyd edib.

Tramp bildirib ki, “İran cavab verərsə, bu ölkəyə şənbə günü keçirilən əməliyyatda olduğundan daha çox güc tətbiq ediləcək”.

"İranın ABŞ-a qarşı hər hansı cavab tədbiri bu axşam nümayiş etdiriləndən daha güclü olacaq”, - Prezident qeyd edib.

Qeyd edək ki, bu gecə ABŞ İranın üç nüvə mərkəzinə zərbələr endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью