Tramp Tehranın nüvə proqramının qarşısını almaq üçün İrana hava zərbələri endirməyi düşünür

13.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə silahı istehsalının qarşısını almaq üçün müxtəlif variantları, o cümlədən qabaqlayıcı hava hücumlarını nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.

Qəzetin mənbələrinə görə, Trampın keçid komandası Tehrana qarşı hərbi addımlar və daha sərt maliyyə cəzalarını ehtiva edən yeni “maksimum təzyiq” strategiyası üzərində işləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью