Tramp təklənəndə ona yalnız İlham Əliyev dayaq olmuşdu... | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışının rezonansı elə tə
Həm qlobal miqyasda böyük əks-səda yaratdı, həm də xarici media üçün müzakirəsi günlərlə davam edən mövzular verdi.
Xankəndidən səslənən mesajlara Latın Amerikasından Afrikaya, dənizaşırı bölgəsindən Avropanın mərkəzinə, Çindən Kanadayədək planetin bütün bölgələrində istinad olunması, xəbər kimi verilməsi məmləkətimizin nüfuzuna, imicinə mühüm töhfədir.
Lakin bu silsilədə baş verən bir hadisə ümumilikdə Azərbaycan miqyasını aşaraq İlham Əliyevin çıxışının qlobal siyasət və informasiya platformasının əsas gündəminə çevrilməsinə səbəb oldu.
Dünyanın “sahibi” olduğunu aşkar deyən və buna heç kəsin şübhəsi olmayan, onun qüdrəti ilə rəqabətə girməyə heç bir dövlətin potenisalı yetməyən fövqəlgüc – ABŞ-nin Prezidenti Azərbaycan Prezidentinin çıxışını öz sosial şəbəkə səhifəsində paylaşdı...
Açıq deyək, hər kəs öncə bu xəbərin “feyk” olduğunu düşündü, dəfələrlə dəqiqləşdirdik, araşdırdıq… Bəli, etiraf edək, bu, ancaq xəyal edəcəyimiz olay idi.
Çünki D.Trampın sosial şəbəkələrində digər dövlətlərin liderləri ancaq tənqid, bəzən hətta təhqir olunur, gülünc vəziyyətinə salınır, rişxənd edilir, lağa qoyulur.
Yəni ABŞ Prezidenti adətən öz həmkarlarını qarşı yumşaq ifadə etsək, çox rəhmsiz və zalım davranır.
Tam oxu
Xəbəri oxu