Tramp teleaparıcını Pentaqonun rəhbəri təyin edəcək

13.11.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp "Fox News" kanalının aparıcısı Pit Heqseti ölkənin müdafiə naziri vəzifəsinə namizəd göstərib.

Modern.az xəbər verir ki, bu barədə Trampın komandası məlumat yayıb.

Heqset  müharibə veteranıdır, İraq və Əfqanıstanda xidmət edib. O da Tramp kimi NATO-nu tənqid etməsi ilə tanınır.

2020-ci ildə Heqset Trampı İranın iqtisadi, eləcə də mədəni obyektləri məhv etməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью