Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin gələcək prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsi məsələsini həll etmək üçün sürətlə hərəkət etmək istəyir.“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Le Parisien”-ə açıqlamasında deyib.
Bununla yanaşı, Zelenskinin dediyinə görə, Tramp Ukraynanın təslim olmaq və müharibəni dondurmaq istəməməsindən xəbərdardır: "Tramp mənim Ukraynanın ziyanını nəzərə alaraq, heç bir yerə tələsməmək istəyimi bilir.
Ölkə uzun müddətdir ki, öz suverenliyi üçün mübarizə aparır.
Nə qədər prezident və ya baş nazir müharibənin bitdiyini elan etmək istəsə də, biz sadəcə təslim olmaq və müstəqilliyimizdən imtina etmək fikrində deyilik.
“Müharibəni dondurub ruslarla razılığa gələcəyik” demək təhlükəli olardı”.
Zelenski qeyd edib ki, Tramp hələ Ağ Evdə olmadığı üçün bütün lazımi məlumatlara çıxışı yoxdur.
Söhbət kəşfiyyatın, Müdafiə Nazirliyinin, müəyyən diplomatik kanalların və s.