Tramp “tərəddüd edən” 7 ştatın altısında liderdir

06.11.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

ABŞ-də prezidentliyinə namizəd Donald Tramp "tərəddüd edən" yeddi ştatın altısında liderdir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə aparıcı Amerika mediası, o cümlədən "Fox News" kanalı, "The New York Times", "The Washington Post" və "Axios" portalının müvafiq təxminlərində göstərilib.

"Fox News"un məlumatına görə, Corciya ştatında bülletenlərin 90%-nin hesablanmasının nəticələrinə əsasən Tramp 51,11% səslə öndədir, Demokratlar Partiyasının namizədi Kamala Harris isə 48,19% səs toplayıb.

Şimali Karolinada Tramp 50,77%, Harris isə 48,12%, Pensilvaniyada isə Tramp 50,72%, Harris isə 48,34% səs toplayıb. Miçiqan, Viskonsin və Arizona ştatlarında da Tramp rəqibini qabaqlayıb. Qeyd edək ki, "tərəddüd edən" ştatlar seçkinin nəticəsinə təsir göstərir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью