GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Rusiya Federasiyasına qarşı mümkün yeni sanksiya paketləri üzərində işləyir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, adının açıqlanmasını istəməyən diplomat bildirib ki, mümkün sanksiyalar əsasən Rusiyanın enerji və bank sektorunu hədəfə alacaq.
Mənbənin sözlərinə görə, eyni zamanda bu iki qurum mövcud sanksiyaların effektivliyini qiymətləndirir və bəzi məhdudiyyətlərin ləğvini də nəzərdən keçirir.
“The Washington Post” qeyd edir ki, ABŞ-ın Moskva ilə bağlı siyasətində baş verə biləcək istənilən dəyişiklik Prezident Donald Trampın şəxsi qərarlarından asılı olacaq.
Qəzet yazır ki, Tramp dəfələrlə vurğulayıb – ABŞ siyasətini yalnız o müəyyən edir.
Bundan əvvəl “Politico” nəşri də mənbələrə istinadla yazmışdı ki, Tramp hələ Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı yekun qərar verməyib.