Tramp tərəflərin razılığı ilə Ukraynada sülhməramlıların yerləşdirilməsini dəstəkləyib

26.02.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Ukraynada bütün tərəflərə uyğun olacaq sülhməramlı kontingentin yerləşdirilməsini zəruri hesab edirəm. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə deyib.

“Bizə hamıya uyğun sülhməramlı kontingent forması lazımdır”, - deyə o qeyd edib.

Tramp bundan əvvəl Avropa ölkələrindən olan sülhməramlıların Ukraynaya göndərilməsinə etiraz etmədiyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью