Tramp təsdiqlədi: Zelenski imza atmaq üçün Vaşinqtona gedir

26.02.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Vaşinqtona səfər edəcək".

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz kabinetinin ilk iclasında deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Ukraynanın faydalı qazıntıları üzrə razılaşma imzalanacaq:

"Prezident Zelenski cümə günü gələcək. Bu, artıq təsdiqlənib. Biz çox böyük saziş imzalamağa hazırlaşırıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью