Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerika liderinin kapitalı bir həftə ərzində 4,2 milyard dollara düşüb...
…ABŞ prezidenti Donald Trampın sərvəti 500 milyon dollar dəyərində silinib, onun tətbiq etdiyi tariflər qlobal bazarlarda tənəzzülə səbəb olub.
Amerika liderinin kapitalı bir həftə ərzində 4,7 milyard dollardan 4,2 milyard dollara düşüb.
SİA-nın məlumatına görə, bu barədə Forbes xəbər verir. Forbes-in məlumatına görə, ən çox zərər çəkən Tramp Media və Texnologiya Qrupudur.
Şirkətin səhmləri üç gün ərzində 8 faiz ucuzlaşıb, payı isə 2,2 milyard dollardan 2 milyard dollara düşüb, 200 milyon dollar itki verib.
Kommersiya daşınmaz əmlakı 90 milyon dollar azalıb, Trump Tower və 40 Wall Street də daxil olmaqla portfel 660 milyon dollardan 570 milyon dollara düşüb.
Trampın ortağı Vornado Realty Trust-ın səhmləri 14 faiz, SL Green isə 15 faiz ucuzlaşıb.