Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Gələcək ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı müharibə məsələsini tez bir zamanda həll etmək istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien” nəşrinin oxucuları ilə söhbət zamanı Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.
Bununla yanaşı, Zelenski bildirib ki, Respublikaçı Tramp Ukraynanın təslim olmaq və müharibəni dondurmaq niyyətində olmadığını bilir.
"Tramp Ukrayna üçün ziyanlı olsa belə, heç yerə tələsmək istəmədiyimi bilir.
Ukrayna uzun müddətdir ki, öz suverenliyi uğrunda mübarizə aparır.
Nə qədər prezidentlər və baş nazirlər müharibəni bitirmək haqqında bəyanat vermək istəsə də, biz sadəcə təslim olub müstəqilliyimizdən əl çəkmək niyyətində deyilik.
Əgər desək ki, biz müharibəni dondurub ruslarla razılaşacağıq, bu, təhlükəli olar", – deyə Zelenski Parisdə Tramp ilə aparılan danışıqları şərh edərkən bildirib.