Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp iki ticarət razılaşmasının əldə edildiyini və yaxın vaxtlarda daha 10 razılaşmanın imzalanmasının gözlənildiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən Tramp ticarət əlaqələri, enerji qiymətləri, faiz dərəcələri və İranla mümkün razılaşma barədə danışıb.
O bildirib ki, benzin qiymətlərinin ucuzlaşması davam edəcək. Bununla belə, qiymətlərin gələcək dinamikasının İranla əldə oluna biləcək razılaşmanın xarakterindən asılı olacağını qeyd edib.
Tramp ABŞ-da faiz dərəcələrinin həddindən artıq yüksək olduğunu da vurğulayıb. O, Federal Ehtiyat Sisteminin (Fed) fəaliyyətinə toxunaraq qurumun siyasi xarakter daşıdığını bildirib.
Prezidentin diqqət çəkən digər açıqlaması məlumat mərkəzləri ilə bağlı olub. Tramp ABŞ şirkətlərinin xarici ölkələrdə məlumat mərkəzləri tikməsinə icazə verməyəcəyini, bu addımı atan şirkətlərə yüksək vergilər tətbiq edəcəyini deyib.
Bundan başqa, Tramp Çin Prezidenti Si Cinpinlə süni intellekt sahəsində ortaq təhlükəsizlik sərhədlərinin müəyyənləşdirilməsi barədə razılığa gəldiklərini açıqlayıb. O, "Anthropic" şirkətinə də yüksək hörmət bəslədiyini bildirib.