Tramp tezliklə Putinlə danışacağını bildirib

27.12.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə danışmağa ümid etdiyini və yaxşı bir söhbət gözlədiyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə "Politico"ya verdiyi müsahibədə danışıb.

Tramp həmçinin bu həftə sonu Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi gözlədiyini bildirib.

"Düşünürəm ki, onunla (Zelenski ilə) hər şey yaxşı olacaq. Düşünürəm ki, Putinlə hər şey yaxşı olacaq", - Tramp bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью