“Tramp tezliklə Ukrayna üzrə sülh danışıqlarına başlaya bilər”

25.11.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp münaqişənin gərginləşməsinin getdikcə idarəolunmaz hala gəldiyindən ehtiyat etdiyi üçün bu ilin sonuna qədər Ukrayna üzrə sülh danışıqlarına başlaya bilər”.

Missiya.Az xəbər verir ki, bunu türkiyəli politoloq Mehmet Çağatay Gülər deyib.

“Tramp vəziyyətin hər gün nəzarətdə saxlanmasının çətinləşdiyini anlayaraq ilin sonuna qədər danışıqlara başlaya bilər. Lakin qeyri-rəsmi səylərin nə dərəcədə məhsuldar olması mübahisəli olaraq qalır və sonradan həyata keçirilib-keçirilmədiyi məlum deyil”, - deyə politoloq bildirib.

Gülər qeyd edib ki, Tramp münaqişə tərəflərinin status-kvonu qəbul etməsində israrlı olacaq. 

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью