Tramp təzyiqi artırır, məcburi sülh ola bilər Tayms

26.04.2025

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə razılaşma əldə olunmasa, gələn həftə sülh danışıqlarını tərk etməyə hazırdır.

Turkustan.az xəbər verir ki, bu barədə “Tayms” nəşri mənbələrə istinadla yazıb.

Məlumata görə, Tramp Rusiyanın işğal olunmuş Ukrayna əraziləri üzərində nəzarəti saxlamaq şərtlərini sərt şəkildə təbliğ etmək niyyətindədir:

“Xüsusi elçi Uitkoffa yaxın mənbələrə görə, bu mövqe sözün əsl mənasında “daş”la yazılmışdır – Moskva işğal edilən torpaqları özündə saxlayacaq”.

Qeyd olunur ki, Tramp Zelenskini “məcburi sülh” şərtlərini qəbul etməyə vadar etmək üçün təzyiqi artırır:

"ABŞ prezidenti hesab edir ki, Ukrayna liderinin real seçimi yoxdur və Uitkoffun təklif etdiyi sövdələşmə ilə razılaşmalıdır". /axar.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью