Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp “The New York Times” (NYT) qəzetinin bağlanmasını səbirsizliklə gözlədiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp yazıb ki, elementar anlayışı olan hər kəs üçün NYT-nin nüfuzu sıfıra bərabərdir və qəzet ən aşağı səviyyəli “sarı mətbuat” nümunəsidir. Prezidentin sözlərinə görə, tirajların sürətlə azalması sonda qəzetin fəaliyyətini dayandırmasına gətirib çıxaracaq və bu, Amerika üçün əla xəbər olar.
ABŞ lideri nəşri “korrupsiyaya uğramış, prinsipsiz və acınacaqlı solçu rupor” adlandırıb.
Nuriyyə NATİQQIZI