Tramp: “The New York Times” xalqın əsl düşmənidir

23.12.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetini “yalan və qəsdən təhriflər” yayımlamaqla ABŞ-ın milli təhlükəsizliyinə təhdid adlandırıb.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə Truth Social-da yazıb.
“Uğursuzluqla üzləşən “The New York Times” və onun yalanları, qəsdən təhrifləri ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir”, deyə o, qeyd edib.
Prezident, həmçinin qəzetin “radikal solçuluq dəli”liyini qeyd edərək, onun “həqiqəti təhrif edən məqalələrinə” son qoyulmasını tələb edib.
Tramp sözlərini belə yekunlaşdırıb: “Bu, xalqın əsl düşmənidir!”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью