Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsetin fəaliyyətindən narazı olduğu barədə yayılan məlumatları təkzib edib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ prezidenti bildirib ki, bəzi media orqanlarının yaydığı xəbərlər həqiqəti əks etdirmir.
"Saxta media, hər zamankı kimi, yalan və tamamilə əsassız şayiələr yayır. Mən Pit Heqsetin fəaliyyətindən son dərəcə razıyam", – deyə Tramp vurğulayıb.
O, əlavə edib ki, ABŞ Venesuelada keçirdiyi əməliyyatda cəmi bir gün ərzində qarşıya qoyduğu məqsədə nail olub, həmçinin İranda həyata keçirilən əməliyyat da uğurla başa çatıb.
Tramp paylaşımında "The Washington Post" qəzetini də tənqid edərək onu "sahənin ən pis media qurumlarından biri" adlandırıb.
Qeyd edək ki, daha əvvəl "The Washington Post" qəzeti Trampın ABŞ-ın hərbi ehtiyatlarının azalması ilə bağlı Pit Heqsetdən izahat tələb etdiyini iddia etmişdi.
Xədicə BAXIŞLI