Tramp ticarət sazişi üzrə son müddəti dəyişdirəcək

08.07.2025

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp iyulun 7-də ticarət sazişlərinin son müddətinin iyulun doqquzundan avqusun 1-ə keçirilməsi haqqında fərman imzalayacaq.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.

"Prezident bu gün son müddəti iyulun 9-dan avqustun 1-nə keçirən sərəncam imzalayacaq", - o deyib.

Livitt əlavə edib ki, ABŞ hakimiyyətinin avqustun 1-dən 25 %-lik gömrük rüsumları tətbiq etdiyi Koreya Respublikası və Yaponiyadan başqa, daha 12 ölkəyə Trampdan əlavə tariflərin tətbiqi ilə bağlı bildiriş göndəriləcək.

Həmçinin məlum olub ki, ABŞ avqustun 1-dən Malayziyadan tədarük olunan mallara 25 %lik rüsum, Laos və Myanmadan idxal olunan bütün məhsullara 40 %-lik tarif tətbiq edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью