Tramp TikTok üçün son müddətin uzadıla biləcəyi ilə bağlı mesaj verib

05.05.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp, Çində yerləşən "TikTok"un Amerika şirkətinə satılmaması halında ABŞ-da qadağan edilməsi ilə bağlı qanunun qüvvəyə minməsinin müddətinin uzadıla biləcəyi mesajını verib.

Bizimyol.info xəbər verir ki, Tramp "NBC News"a müsahibəsində "TikTok" tətbiqindən danışıb.

Razılaşma olmazsa, bu təcrübəni qadağan edən qanunun qüvvəyə minəcəyi tarixi uzadıb-uzadmayacağı ilə bağlı suala Tramp "uzadıla biləc" deyə cavab verib.

"TikTok"un ABŞ gəncləri arasında populyarlığına diqqət çəkən Tramp, proqramın “ürəyində yeri olduğunu” deyib.

"TikTok" Amerika şirkətinə satılmayacağı təqdirdə onu qadağan edəcək qanuna uyğun olaraq, yanvarın 19-da ABŞ-da fəaliyyəti qadağan edilib, lakin həmin gün ona giriş yenidən açılıb.

ABŞ prezidenti Tramp vəzifəyə gəldiyi ilk gündə bu qanunun icrasını 75 gün müddətinə dayandıran sərəncam imzalayıb, aprelin 4-də isə bu müddəti 75 gün uzadıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью