Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Çin sosial media platforması "TikTok"un Amerika bölməsinin "Oracle" və "Silver Lake" şirkətləri tərəfindən satın alınacağını təsdiqləyib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, o, bu barədə özünün "Truth Social" səhifəsində bildirib.
Tramp prezident seçkiləri zamanı gənclər arasında populyarlığında "TikTok"un mühüm rol oynadığını qeyd edib. O, platformanın Çinli sahibləri ilə sövdələşməni asanlaşdırdıqları üçün vitse-prezident J.D. Vensə və digər administrasiya rəsmilərinə təşəkkür edib və Çin prezidenti Si Cinpinə "bu qərarı verməkdə göstərdiyi təmkin"ə görə minnətdarlığını bildirib.
Oxunub 34