Tramp TİkTok un ömrünü daha 75 gün uzatdı

04.04.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp ölkədə "TikTok" xidmətinin fəaliyyətinin uzadılması barədə qərar verib.

"Unikal" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində bildirib.

"Mən TikTok-un daha 75 gün açıq qalması üçün sərəncam imzalayıram", - deyə o bildirib. 

Ağ Ev rəhbəri deyib ki, onun administrasiyası “TikTok-u xilas etmək üçün sövdələşmə üzərində çox çalışıb” və “böyük irəliləyiş” əldə edib.

“Biz bu razılaşmanın reallaşması üçün TikTok və Çin ilə işləməyi səbirsizliklə gözləyirik”, – deyə ABŞ prezidenti əlavə edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью