Tramp toplantının ortasında yuxuya getdi... VİDEO

03.12.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən doqquzuncu Kabinet iclasında yenidən kameralar qarşısında yuxularkən görüntülənib. 

İki saatdan artıq davam edən toplantıda nazirlərin təqdimatları zamanı Trampın kreslosunda arxaya söykənərək gözlərini qapaması sosial mediada geniş müzakirələrə səbəb olub.

Toplantı zamanı Dövlət katibi Marko Rubionun “Cənab Prezident!” deyə yüksək səslə Trampa müraciət etməsi də bir nəticə verməyib. Prezidentin gözlərini açıq saxlamaqda çətinlik çəkdiyi anlar kameraların diqqətindən yayınmayıb.

Bu, Trampın ictimai tədbirlərdə oyaq qalmaqda çətinlik çəkdiyi ilk hal deyil. Noyabrın əvvəlində Oval Ofisdə keçirilən brifinqdə də yuxulaması mübahisə doğurmuşdu.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью