Tramp trasatlantik məkanı dağıdır, müttəfiqləri rəqibə, düşmənə çevirir ŞƏRH

19.02.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Trampın son açıqlamalarından yəqin, xəbərdarsız.

Heyrətamizdir, ağılasığmazdır, amma reallıqdır. Putin 3 il nəhəng itkilərə dözüb bu günü gözləyirdi. 

Tramp Rusiya xüsusi xidmət orqanlarından gələn direktivlər üzrə hərəkət edir:

ABŞ Ukraynanın arxasından çəkilir;

Ağ Ev Avropanı təzyiq altda saxlayıb eyni addımı atmağa vadar etməyə çalışır;

Trasatlantik məkanı dağıdır, müttəfiqləri rəqibə, düşmənə çevirir;

Avropada Putin rejiminin pulları ilə bəslənən ultra sağçı qüvvələri dəstəkləyib hakimiyyətə gətirməyə çalışır;

ABŞ daxilində qütbləşməni dərinləşdirir qisasçılıq, irqçilik, qanunsuzluq cəmiyyətdə ciddi qarşıdurma yaradır və s.

Sağlam məntiqlə düşünək:

Bunların hansı Amerikanın maraqlarına uyğundur? Yaxud, hansı Putin rejiminin əleyhinədir? Heç biri!

Amerikalılar bu bəlanı rədd eləməsələr, özləri və bütövlükdə Qərbin siyasi, təhlükəsizlik sistemi darmadağın olacaq.

Elçin Rüstəmli

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью