Tramp “Truth” şirkətinin baş direktorunu mühüm vəzifəyə namizəd göstərib

15.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ-ın yeni seçilmiş lideri Donald Tramp “Truth” sosial şəbəkəsinin rəhbəri Devin Nunesi Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri təyin etmək qərarına gəlib.

APA xəbər verir ki, bu haqda Tramp “Truth” hesabında məlumat verib.

“Mən “Truth Social”ın baş direktoru Devin Nunesi federal hökumətlə birbaşa əlaqəsi olmayan görkəmli vətəndaşlardan ibarət Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri vəzifəsinə təyin edəcəyimi elan etməkdən məmnunam”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью