Tramp türkəsilli məşhur cərrahı yüksək vəzifəyə təyin edib

20.11.2024

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Ştatların Prezidenti seçilmiş və 2025-ci ilin yanvarında öz səlahiyyətlərinin icrasına başlayacaq Donald Tramp yüksək vəzifələrə daha bir təyinatı açıqlayıb.

AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, məşhur türkəsilli kardioloji cərrah, professor Mehmet Öz Birləşmiş Ştatların Federal Səhiyyə Sığortası Departamentinə rəhbərlik edəcək.

Qeyd edək ki, Mehmet Öz ABŞ-da tanınmış həkimdir və o, Donald Trampın seçkiqabağı kampaniyasında fəal iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью