Tramp: Türkiyə 2000 ildə edilməyən bir işi bacardı

26.09.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Məncə, prezident Ərdoğan Suriya ilə bağlı məsul şəxsdir. O, Suriyanın uğurlu müharibə prosesinə də məsul olan şəxsdir. Ölkəni keçmiş liderdən xilas edən də o idi". 

Ölkə.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Suriya məsələsinə toxunarkən deyib.

“Onlar 2000 ildə edilməmiş şeyi etdilər. Bu, Ərdoğanın uğurudur. Bu həm də Türkiyənin uğurudur. Bu, Türkiyə üçün bir qələbədir”, - Tramp qeyd edib.

Suriyanın yeni administrasiyasının ölkəni inkişaf etdirmək səylərinə toxunan Tramp deyib ki, Suriya üzərindən sanksiyaları da Ərdoğanın istəyi ilə qaldırdım.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью