Tramp: Türkiyə Suriyanı yenidən quracaq, Ərdoğanla...

17.12.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Suriyadakı qeyri-müəyyənliklərin həllində açar ölkə Türkiyədir. Bölgədəki son vəziyyətin necə olacağını və qalib ölkənin kim olacağını heç kim bilmir. Amma məncə bu, Türkiyə olacaq.

Ölkə.Az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Suriyada Bəşər Əsəd rejiminin devrilməsinə səbəb olan və bundan sonrakı proseslərlə bağlı açıqlamasında deyib. 

ABŞ-nin bölgədə Türkiyə ilə birgə işləyə biləcəyini ifadə edən Tramp Suriyadakı 900 amerikalı hərbçinin gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.  

"Bunun başqa bir yolu olmalıdır. Bunlardan biri də Türkiyədir", - Tramp bildirib.

Türkiyənin "vacib bir güc" olduğunu qeyd edən Tramp bildirib ki, prezident Ərdoğan yaxşı anlaşdığı biridir: "Türkiyə böyük bir hərbi gücə malikdir. Və bu güc müharibələrdə zəifləmədi. Çox güclü bir dövlət və ordu qurdu". 

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью