Tramp Türkiyədə qızının olması barədə suala cavab verdi

23.01.2026

Icma.az bildirir, Gununsesi portalına istinadən.

ABŞ lideri Donald Tramp Türkiyənin paytaxtı Ankarada yaşayan bir qadının onun  qızı olması barədə  iddiasına cavab verib.

Gununsesi.info bildir ki, Ağ  Evdə keçirilən mətbuat konfransında Tramp deyib ki, belə bir məsələdən xəbəri yoxdur.

Mənim Türkiyədə qızımın olduğunu bilmirəm.  Amma bildiyim şey var. Bu da Türkiyənin yaxşı bir ölkə olmasıdır. Qismət olarsa, bu ölkəni ziyarətə gedəcəm”.

Xatırladaq ki, bir müddət əvvəl Necla Özmen adlı bu qadın Donald Trampın onun bioloji atası olduğunu iddia edib. O, 27-ci Ailə Məhkəməsində atalığın müəyyənləşdirilməsi ilə bağlı iddia qaldırıb. Özmen DNA testi götürülməsini tələb edib.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью