Tramp Türkiyəyə F 35 satışını bərpa edəcək

22.03.2025

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 döyüş təyyarələrinin satışını bərpa etməyi nəzərdən keçirir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu məsələyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla 16 martda apardığı telefon danışığından sonra yenidən baxıb. O, Ankaraya qarşı tətbiq edilən sanksiyaların ləğvini və F-35 satışının mümkünlüyünü qiymətləndirib.

Mənbələrin verdiyi məlumata görə, Tramp, əgər tərəflər Türkiyənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərini qeyri-işlək vəziyyətə gətirəcək razılaşmaya gələrlərsə, F-35 satışına açıq olduğunu bildirib.

Fidan Hacızadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью