Tramp Türkiyəyə F16 verməkdən imtina edəcək? | Icma.az
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk ABŞ-dakı seçkilərdən sonra F-16 tədarükü məsələsində problem olub-olmayacağı ilə bağlı suala cavab verib.
Teleqraf.com xəbər verir ki, sözçü prosesin müsbət məcrada davam etdiyini deyib.
“F-16 ilə bağlı müqavilələr imzalanıb, proses müsbət şəkildə davam edir.
Türkiyə-ABŞ münasibətləri zaman-zaman ortaya çıxan problemlərə baxmayaraq, ortaq dəyərlər və maraqlar üzərində qurulur.
Ölkələrimiz 75 ildir fəaliyyət göstərən dünyanın ən güclü təhlükəsizlik təşkilatı olan NATO-nun iki mühüm üzvüdür.
İnanırıq ki, Türkiyə-ABŞ münasibətləri ABŞ seçkilərinin nəticələrindən asılı olmayaraq, strateji müttəfiqlik əsasında inkişaf etməyə davam edəcək”, - Aktürk bildirib.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib.
Tam oxu
Xəbəri oxu