Tramp Türkiyəyə getməyi planlaşdırır

20.06.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp istifadəyə verilən yeni prezident təyyarəsi “Air Force One” üçün təşkil olunan mərasimdə Türkiyəyə səfər edəcəyini açıqlayıb.

O, “Bununla çox səyahət edəcəyik. Yaxında Türkiyəyə də gedəcəyik” deyərək iyul ayında Ankarada keçiriləcək NATO Zirvəsinə qatılacağına da işarə edib.

Tramp ABŞ-nin “Andrews Joint Base” bazasında keçirilən tədbirdə çıxış edərək, Qətər tərəfindən hədiyyə olunan və geniş modernizasiya işlərindən sonra prezident təyyarəsi kimi istifadəyə verilən “Boeing 747” modelini təqdim edib.

Tramp yeni “Air Force One” ilə bir çox xarici səfərlər həyata keçirəcəklərini bildirərək deyib: 

“Türkiyəyə də gedəcəyik. İl ərzində yenidən Çinə səfər edəcəyik. Dövlət başçısı Si Cinpin sentyabrda bura gələcək. Daha sonra Çində keçiriləcək böyük konfrans üçün yenidən ora gedəcəyik”.

ABŞ Prezidenti yeni “Boeing 747”-ni “dünyanın ən lüks təyyarəsi” adlandıraraq onun bənzərsiz rabitə sistemlərinə və ən son texnologiyalı müdafiə avadanlıqlarına malik olduğunu vurğulayıb.

Təyyarənin cəmi 10 ay ərzində “uçan Ağ Ev”ə çevrildiyini bildirən Tramp layihədə çalışan təxminən 250 nəfərə təşəkkür edib.

Prezident həmçinin qeyd edib ki, yeni “Air Force One” ABŞ-nin paytaxtı Vaşinqtonda ölkənin 250 illik yubiley tədbirləri çərçivəsində çoxsaylı döyüş təyyarələrinin müşayiəti ilə keçiriləcək böyük hava şousuna rəhbərlik edəcək.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью