Tramp Türkiyəyə görə Netanyahuya qəzəbləndi

17.07.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonun Ankaraya F-35 qırıcı təyyarələrinin mümkün transferi ilə bağlı tənqidindən qəzəblənib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.

Belə ki, Tramp iyulun əvvəlində “Foks Nyus”a verdiyi müsahibədə Ankaraya beşinci nəsil təyyarələrin satışını mümkün sayıb. Netanyahu isə Türkiyənin F-35-ləri alması ilə Yaxın Şərqdə güc balansını pozacağını bildirib.

Ağ Ev rəsmisi nəşrə deyib ki, Tramp Netanyahunun müsahibəsindən qəzəblənib. Tramp Netanyahunun bu məsələ ilə bağlı danışmaq haqqının olmadığını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью