Tramp Türkiyəyə səfər edəcək

03.07.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinə səfərini təmin etməklə ABŞ liderinin yoxluğunun ittifaqda yarada biləcəyi xaosun qarşısını almağı bacarıb.

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. 

Məqalədə qeyd olunur ki, Tramp Amerika qoşunlarını Avropadan çıxarmaq və NATO-dan çıxmaq təhdidləri fonunda ittifaq sammitində iştirak etməkdən imtina etsəydi, xaos yarana bilərdi. 

Agentlik xatırladır ki, Tramp əvvəllər NATO sammitində iştirak etməyəcəyini, lakin "Ərdoğana hörmət əlaməti olaraq" Ankaraya gedəcəyini bildirmişdi. 

Tramp Barak Obamanın 2015-ci ildəki səfərindən bəri Türkiyəyə səfər edən ilk ABŞ prezidenti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью