Tramp: Üç gündə minlərlə əsgər öldürülüb, bunlara son qoyulmalıdır

15.11.2024

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald  Tramp Ukrayna-Rusiya müharibəsinin 3 günü ərzində minlərlə əsgərin həlak olduğunu söyləyib.
Tramp Florida ştatındakı Mar-a-Laqodakı malikanədə keçirilən təntənəli tədvirdəki çıxışı zamanı Ukrayna və Yaxın Şərqdəki münaqişələrin bitməsi üzərində çox səylə işləyəcəyini vəd edib.
Tramp deyib: "Yaxın Şərqdəki vəziyyətlə bağlı çağışacağıq. Rusiya ilə Ukrayna məsələsi ilə bağlı çox güclü səy göstərəcəyik. Buna son qoymaq lazımdır". 
Donald Tramp "üç gün ərzində minlərlə əsgərin öldürüldüyü" barəsində xəbər gördüyünü söyləyib.
"İstər əsgərlər olsun, istərsə də dinc insanlar, biz buna son qoymağa çalışacağıq".
Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью