Tramp üç ölkə ilə tariflərin yumşaldılması danışıqlarına başlayır CNN

05.04.2025

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Prezident Tramp Vyetnam, Hindistan və İsrail nümayəndələri ilə bu ölkələrə tətbiq edilən tarifləri yüngülləşdirə biləcək ticarət sazişlərini müzakirə etmək üçün əlaqə saxlayır”, - mesajda deyilir.

Tramp daha əvvəl tariflərin aşağı salınması müqabilində ticarət danışıqlarına açıq olduğunu bildirmişdi.

ABŞ prezidenti cümə axşamı "Air Force One" təyyarəsində jurnalistlərə deyib: "Hər bir ölkə bizə müraciət etdi. Bizim gördüyümüz işin gözəlliyi budur, biz özümüzü sürücünün yerinə qoyduq".

O əlavə edib ki, tariflər ABŞ-a danışıqlar aparmaq üçün böyük imkanlar verir: "Bu, həmişə belə olub".

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью