Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp üç müstəqil ərazini ölkəsinin bir hissəsi adlandırıb.
Globalinfo.az xəbər verir ki, o, “Tramp Truth Social” sosial şəbəkəsində Kanada, Qrenlandiya və Venesuelanın ərazilərinin Amerika bayrağı ilə işarələndiyini göstərən şəkillər paylaşıb.
“Birinci şəkildə Tramp Ağ Evdəki ofisindədir və Avropa ölkələrinin liderlərinə yuxarıda adı çəkilən ölkələrin və adaların ərazilərinin ABŞ bayrağının rəngləri ilə rəngləndiyi xəritəni göstərir.
İkinci şəkildə siyasətçinin Qrenlandiya torpağına ABŞ bayrağını sancdığı göstərilir. Onun yanında ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident J.D.Vens dayanıb. Digər lövhədə Qrenlandiyanın 2026-cı ildə ABŞ-ın bir hissəsi olduğu yazılıb”, – deyə xarici mediada qeyd edilib.
Əliyar Xəlil
Globalinfo.az